Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli Parlamentdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxışında bildirib ki, 2016-cı il struktur islahatları ilə yadda qalıb.
Onun sözlərinə görə, ötən ildə maliyyə, gömrük və vergi sektorunda ciddi struktur islahatları aparılıb: "2016-cı ildə qəbul olunan yeni proqrama əsasən 1800 ailə özünəməşğulluq sosial layihəsində istifadə etməyə başlayıb. Burada əsas məqsəd özünəməşğulluğun artırılmasıdır. Ötən il turizm sektorunda da mühüm işlər görülüb və minlərlə yeni iş yaradılıb".
Deputat çıxışı zamanı bəzi nöqsanların olduğunu da qeyd edib: "Təəssüflə qeyd edilməlidir ki, icra orqanlarında bürokratik əngəllər hələ də var. Bunlar kiçik sahibkarlığın inkişafına mane olur".
Müzakirələrdə çıxış edən Əflatun Amaşov tibb təhsili alan tələbələrin bölgələrə yönəldilməsi təklifi ilə çıxış edib: "Hazırda regionlarda həkim çatışmamazlığı kimi problemlər var. Vəziyyət elə gətirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı idarələrində belə, burun-boğaz həkimləri kənardan gətirilir. Buna görə də tibb təhsili verən ali məktəblərdə təhsil alan tələbələri bölgələrə yönəltmək lazımdır. Onlara yüksək əməkhaqqı verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB