Milli Məclisin Plenar iclası davam edir. SİA-nın xəbərinə görə. Milli Məclisin deputatları Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı müzakirə edirlər.
Hesabatla bağlı fikirlərini bildirən deputat Musa Qasımlı söyləyib ki, Prezident İlham Əliyevin ötən il bütün sahələrlə bağlı gördüyü işlər nəticəsində dünyadakı qlobal iqtisadi böhranın ölkəmizə təsir azaldılıb: "Sosial proqramlar təxirə salınmayıb, dəmir yolu sistemi yenidən qurulub, ölkəmizin mövqeləri möhkəmlənib. Hesabatdan da görünür ki, hökumət ölkə başçısı tərəfindən həyata keçirilən strategiyanın uğurla reallaşmasında öz töhfələrini verib".
Deputat çıxışı zamanı bir neçə məsələ ilə bağlı hökumətə müraciət edib: "Mən Masallı və Yardımlı rayonun qazlaşması, eləcə də həmin bölgələrdə asfalt yolunun bərpa edilməsi məsələsinə diqqət verilməsini hökumətdən xahiş edirəm".
Deputat həmçinin özəlləşmə ilə bağlı təklif də irəli sürüb. Onun sözlərinə görə, özəlləşmə dövlət büdcəsinin artımına səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB