Bakıda Dayanıqlı İnkişafa nail olmağın məqsədləri müzakirə olunur YENİLƏNİR
Bu gün Bakıda "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" mövzusunda tədbir keçirilir. SİA-nın verdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam M.İshaqzai, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə və digər rəsmi qonaqlar iştirak edir.
Tədbirdə "Dayanıqlı İnkişafa nail olmaqda elmin rolu" haqqında, videoçarx nümayiş olunub. Daha sonra panel müzakirələrinə, təqdimatlara və müzakirə olunan məsələlərlə bağlı sual-cavablara yer ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB