Rusiya Qarabağ münaqişəsinin həllində yardımını davam etdirir Putin

Rusiya Qarabağ münaqişəsinin həllində yardımını davam etdirir Putin

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yardım göstərməyə davam edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuata açıqlamasında deyib. O, erməni həmkarı ilə münaqişə ilə bağlı müzakirələr aparıldığını bildirib. Əlavə edib ki, Rusiya müxtəlif formatlarda, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də Bakı və İrəvanla birbaşa əlaqə vasitəsilə qarşılıqlı məqbul həll yolunun tapılmasında köməyini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə