Sahib Məmmədov Aslan İsmayılova cavab verdi

"Üzr istəməli bir adam varsa, o da Aslan İsmayılovun özüdür"
Sahib Məmmədov Aslan İsmayılova cavab verdi

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov Aslan ismayılovun onu hədələməsinə, ondan üzrxahlıq tələb etməsinə münasibət bildirib.

S.Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Aslan İsmayılov QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqəsindən keçməyən qurumların adlarını yazaraq, onların qrant aldığını əsassız olaraq iddia etmişdi və hər şey də bundan sonra başladı: "Aslan İsmayılov ilk öncə öz səhvini başa düşsün. Dəqiqləşdirmədiyi məlumatı paylaşaraq insanlarda çaşqınlıq yaratmağa çalışıb. O, QHT-lərə Dövət Dəstəyi Şurasının müsabiqəsindən keçməyənlərin siyahısın baxaraq böhtan xarakterli bir məlumat yaymışdı. Ona zəng vurduq, başa saldıq ki, sosial şəbəkələrdə yazdığı informasiya doğru deyil və səhvini düzəltsin. Düzəltmədi. Sonra mən onun yalanını ifşa etdim, faktı paylaşdım. Ancaq Aslan İsmayılov nə etdi? Öz səhvini düzəltmək əvəzinə, məni təhqir elədi, ünvanımıza xoşagəlməz fikirlər səsləndirdi, sosial şəbəkələrdə ünvanımıza nalayiq ifadələrin işlənməsinə rəvac verdi".

S.Məmmədov A.İsmayılovun ondan üzrxahlıq tələb etməsinə də münasibət bildirərək qeyd edib ki, üzr istəməli bir adam varsa, o da özüdür: "Çünki dövlət qurumuna şər atıb, ünvanımıza təhqirlər yağıdırıb. Biz isə onun yalanını faktlarla ifşa eləmişik. Başqa necə olmalı idi ki? Onun kimi təhqir etmirik, nə də mənasız işlərlə məşğul olmuruq. O boş-boş danışır. Nə üzr istəmək!? O gəlib üzr istəsin ki, şər-böhtan atmışam. Mən ondan bir şərtlə üzr istəyərəm ki, mənim səhvimi bütün medianın gözü önündə sübut eləsin. Yox əgər edə bilməsə, o üzr istəməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə