Ərdoğan: “Avropadan səs çıxmır, çünki bunlar bir-birlərini dişləməz” KƏSKİN BƏYANAT

Ərdoğan: “Avropadan səs çıxmır, çünki bunlar bir-birlərini dişləməz” KƏSKİN BƏYANAT

Almaniya kansleri Angela Merkel Münxendə etdiyi çıxışında Türkiyə-Hollandiya böhranına toxunaraq, Hollandiyanın tərəfini tutub və bu ölkəyə açıq dəstək mesajı verib. SİA "Takvim"ə istinadən xəbər verir ki, Merkel Türkiyə prezidenti Ərdoğanın Almaniya və Hollandiyanın, eləcə də bir sıra Avropa ölkələrinin faşist siyasəti yürütməsi ittihamına cavab olaraq deyib ki, bu cür ittiham heç bir ölkəyə aid edilməməlidir. "Faşizm ittihamını qəbul edə bilmərik və Hollandiyaya dəstək olduğumuzu çatdırırıq", - deyə alman kansler bildirib.

Bu arada Rəcəb Tayyib Ərdoğan Koacaelidə etdiyi çıxışında Hollandiya hakimiyyətini sərt şəkildə qınayıb və bildirib ki, bunun cavabı veriləcək: "Hollandiya bu tərbiyəsizliyin bədəlini mütləq ödəyəcək".

Türkiyə prezidenti ölkəsinin hər zaman və hər yerdə öz vətəndaşlarının yanında olduğunu bildirib: "Mənim vətəndaşlarımın üzərinə at, it sürəcəksənsə, bunun hesabını verəcəksən. Biz, bizə yetərik. Bizə bu millət yetər. Hollandiya bir Avropa İttifaqı ölkəsi kimi deyil, banan respublikası kimi davranıb. Avropadan səs çıxmır, çünki bunlar bir-birlərini dişləməz".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə