Aİ-dən Türkiyə və Niderlanda çağırış

Aİ-dən Türkiyə və Niderlanda çağırış

Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasında yaşanan böhrana münasibət bildirib. SİA "cnnturk"ə istinadən xəbər verir ki, Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogereni və qonşuluq siyasəti, genişlənmə üzrə komissar Yohannes Hanın birgə bəyanatında tərəfləri vəziyyəti daha da gərginləşdirəcək addımlardan və bəyanatlardan yayınmağa çağırıb. Qeyd edilib ki, Türkiyədə aprelin 16-da keçiriləcək referendumda konstitusiya dəyişiklikləri qəbul edilsə, onlar Avropa İttifaqına daxil olmağa namizəd bir ölkə və Avropa Şurasının üzvü olaraq Türkiyənin öhdəlikləri baxımından qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə