"Xaricdən Azərbaycanla bağlı layihələri maliyyələşdirmək istəyən böyük təşkilatların əksər hissəsi yerli QHT-lərin onların mənafeyindən çıxış etməsi arzusundadırlar. Həmin xarici donorlar 10, 100 minləri elə belə vermirlər və nəticədə Azərbaycan da bunun acı nəticələrini hiss edir". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.
Onun sözlərinə görə, xarici donorlar qrantları əvəzində QHT-lərdən ölkəmizin milli-maraqlarına, dövlətçiliyimizə uyğun olmayan tələblər irəli sürərək bu istiqamətdə layihələr həyata keçirirlər:
"Ölkəmiz bu halların qarşısının alınması istiqamətində ciddi mübarizə aparır. Azərbaycan dövləti artıq bir neçə ildir ki, xaricdən qrant alan QHT-lərin "fəaliyyəti" nin fərqindədir. Bunun qarşısının alınması məqsədilə milli donorların yaradılması məsələsi gündəmə gəldi ki, nəticədə də onların maliyyələşməsi üçün QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu yaradıldı. Lakin bunun tamamilə qarşısının alınması da mümkün deyil. Burada əsas məsuliyyət xarici donorların deyil yerli QHT-lərin üzərinə düşür. Çünki onları müəyyən məbləğə görə, millətin maraqlarını satırlar. Təbii ki, bu yol verilməzdir".
Dünyada fəaliyyət göstərən donor, eləcə də beynəlxalq təşkilatlarda erməni şəbəkələrin mövcud olduğunu deyən Ş. Camalov qeyd edib ki, bu şəbəkələrin əsas məqsədi Azərbaycan dövləti, maraqlarına uyğun olmayan məsələləri ya açıq ya da gizli şəkildə maliyyələşməsinə rəvac verməsidir: "Mədən Hasilatı Şəffaflıq Təşəbbüsündən Azərbaycanın çıxarılması da məhz bununla bağlı idi. Artıq uzun illər idi ki, Azərbaycanın oradakı səs hüququnun alınması ilə bağlı ciddi iş aparılırdı və nəticədə buna nail oldular. Lakin burada ən təəssüfedici məqam buna sevinən azərbaycanlıların olmasıdır. Bütün bunların arxasında ermənilərdən ibarət xüsusi şəbəkələr dayanır ki, onların əsas məqsədi ölkəmizi təzyiqə məruz qoyub, olmayan problemlərimizi dünyada daha qabarıq şəkildə göstərməyə cəhd etməklə Azərbaycanın imicinə zərər vurmaqdır. Təbii ki, onlar buna nail ola bilməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB