AŞPA sədri Pedro Arqamunt Türkiyə ilə Avropa arasında artan xətlə davam edən gərginliyin narahatedici olduğunu deyib. "Türkiyəyə qarşı gərginlik başa çatmayıb"-deyə qeyd edən Arqamunt böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib.
AŞPA-nın baş katibi Torborn Yaqland isə bəzi Avropa İttifaqı ölkələriylə Türkiyə arasında yaşanan gərginliklə bağlı dialoq çağırışı edib. "Belə bir vəziyyətin yaranması həm demokratiyaya, həm də diplomatiyaya zərər verir. Bu gərginliyin artmasına izn verməyəcəyik"-deyə baş katib qeyd edib.
İngiltərənin xarici işlər naziri Boris Conson isə Hollandiyada baş verənlərlə bağlı deyib ki, orada yaşananlar onu çox üzüb: "Məncə, son dərəcə üzücü bir haldır. Hər iki ölkə NATO üzvüdür və bizim böyük dostlarımızdır"-deyə, Conson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ona zəng etdiyini və o da sözügedən məsələ ilə bağlı fikir mübadiləsi apardıqdan sonra türkiyəli həmkarı ilə zarafat etdiyini də gizlətməyib. O, Çavuşoğluna hər zaman Avropaya yolunun açıq olduğunu deyib.
"Cənab Çavuşoğluya çox dəqiq şəkildə əgər gəlib mənimlə günorta naharı yemək istəyirsə, onu dayandıra biləcək heç bir şeyin olmadığını söylədim"- deyə, Boris Conson Mövlüd Çavuşoğlu ilə necə zarafat etdiyini də mediaya bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB