Niderlandın Türkiyəyə qarşı çirkin "xeyir" kampaniyası FAKT

Niderlandın Türkiyəyə qarşı çirkin "xeyir" kampaniyası FAKT

Hollandiyada Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun təyyarəsinin eniş icazəsinin ləğv edilməsi, Ailə və Sosial Siyasətlər nazirinin səfirliyə buraxılmaması, üstəlik onun mətbuat xidmətinin və beş cangüdəninin həbs edilməsi iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Niderland rəsmiləri bunu normal qəbul etsələr də, diplomatik qaydalar bunun əksini deyir və türk diplomatlara qarşı atılan addımların rəsmi Amsterdama başucalığı gətirmədiyi qənaəti ortadadır.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollandiyanın baş nazirinin birbaşa göstərişi ilə həyata keçirilən anti-türk əməliyyatı Türkiyədə 16 apreldə keçiriləcək referendumla birbaşa bağlıdır. Çünki həmin referendumda, indiki ictimai-siyasi ab-havanı nəzərə alaraq demək olar ki, xalqın böyük əksəriyyəti Konstitusiya dəyişikliyinə "hə" deyəcək. Sandıqdan "hə"nin çıxmasını isə Türkiyənin inkişafından əndişələnən dövlətlər, beynəlxalq təşkilatlar istəmir. Nəzərə alınsa ki, səsvermə hüququ olan Türkiyə vətəndaşlarının böyük bir hissəsi Avropa ölkələrində yaşayır, deməli referendumqabağı təbliğatın həmin ölkələrdə aparılmasına lüzum var. Avropa ölkələri də bunu bilir və türk miqrantların sandıq başına keçməsini əngəlləmək, ən azından isə onların referendumda "xeyir" deməsini təmin etmək üçün bütün vasitələrdən istifadə edir. Türkiyəli nazirlərin türk vətəndaşlarla görüşünün əngəllənməsinin arxasında da bu niyyətlər dayanır.

Türk nazirlərin vətəndaşlarla görüşündən narahat olan Hollandiya rəsmi dairələrinin "üzrü qəbahətindən böyük" addımları isə bu ölkənin hansı çirkin oyunun iştirakçısı olduğunu bir daha sübuta yetirir. Belə ki, nazirlərin görüşünü əngəlləyən dairələr keçmiş AKP millət vəkili Əbdüllətif Şənərə, Türkiyə Barolar Birliyi başçısı Mətn Feyzioğluna və haqqında həbs qəti-imkan tədbiri seçilən HDP Van millət vəkili Tuğba Həzər Öztürkə ölkədə "xeyr" kampaniyası aparmalarına icazə verib.

Sabiq millət vəkili Şener 3, 4 və 5 Mart tarixlərində Hollandiyanın müxtəlif şəhərlərində "referendumda "xeyr" verilməsinin lazım olduğu" konfranslar keçirib. Bunlardan biri 5 mart, bazar günü, saat 15.00-də Türk nazirlərin səfərinin ləğv edildiyi Rotterdamdaki bir oteldə reallaşdırılıb. Şənərin fəaliyyətinə Niderland mediası maraq göstərib. Çoxtirajlı "Algemeen Dagblad" qəzeti tam iki sahifəsini "xeyir" kampaniyasına həsr edib, NOS TV isə Şənərin çıxışlarına yer verib.

Türkiyə Barolar Birliyi başçısı Mətn Feyzioğlu da 18 fevral, şənbə günü saat 19.00-da eyni oteldə "xeyr" kampaniyası çərçivəsində konfrans keçirib. Maraqlıdır Hollandiya hakim dairələri Türkiyədə keçiriləcək referendumun öz ölkəsində təbliğat aparılmasını istəmirsə və bunun üçün "hə" təbliğatını ləğv edirsə, onda "xeyir" kampaniyasını dəstəkləmək nə deməkdir?

Əgər Hollandiyanın baş naziri Mark Rutte mediada "Başqa ölkələrin siyasilərinin gəlib bizim ölkəmizdə siyasət yürütməsinə icazə verə bilmərik" açıqlaması verib, ardından "xeyir" kampaniyası aparanların yanında olması bu ölkənin Türkiyə siyasətinin iç üzünü açır.

Bütün xəbərlər Facebook səhifəmizdə