Politoloq: “Bəzi beynəlxalq təşkilatlar Qərbin “demokratiya” tamaşasında alətə çevriliblər” AÇIQLAMA

Politoloq: “Bəzi beynəlxalq təşkilatlar Qərbin “demokratiya” tamaşasında alətə çevriliblər” AÇIQLAMA

"Niderland dövlətinin Türkiyə xarici işlər nazirinə və digər qonaqlara qarşı etdiyi hərəkətlər heç bir diplomatik etiketə sığmır. Niderland polisinin dinc türk nümayişçilərin üzərinə itlər, atlar və silahlı dəstələrlə vəhşicəsinə hücum etməsi dünyanın heç bir hüquq normalarına və insanlığa sığmır". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

O qeyd edib ki, özünü insan haqlarının carçısı sayan "Freedom Hause" və "Human Rights Whatch" beynəlxalq təşkilatları və onların təmsilçiləri mövqesizlik göstərdiklərinə görə, qeyri-qanuni hərəkətlər edənlərlə eyni məhsuliyyəti daşımalıdırlar: "Təəssüf ki, insan haqlarının qorunması ilə məşğul olmalı olan bəzi beynəlxalq təşkilatlar Qərbin "demokratiya" adlı tamaşasında, müasir imperializmin həyata keçirdiyi bu çirkin oyunlarda alətə çevriliblər. Onlar bu cür məqamlarda sanki belə olmalıymış kimi davranıb, açıq aşkar öz mövqesizliklərini göstərirlər. Bu, birbaşa qərəz, neofaşizmə xidmət etməkdir. Belə hallar bir daha onu göstərir ki, bir çox Avropa ölkələrində, o cümlədən Niderlandda islamafobiya və ksenofobiya var. Qərb "demokratiya" adlı silahdan istifadə edir. Onlar vassallıqlarında olmayan ölkələri "demokratiya" adı ilə özlərinə tabe etmək, istədikləri qayda-qanunları həmin ölkələrdə tətbiq etmək, bu ölkələrin milli sərvətlərini mənimsəmək və özlərindən asılı vəziyyətə salmaq istəyirlər".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə