Azərbaycan Prezidenti Marie-Ange Debonla görüşüb YENİLƏNİB

Azərbaycan Prezidenti Marie-Ange Debonla görüşüb YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "SUEZ" qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə "SUEZ" qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə