Politoloq: “Fəallığımız Ermənistanı ciddi narahat etməkdədir” MÜNASİBƏT

Politoloq: “Fəallığımız Ermənistanı ciddi narahat etməkdədir” MÜNASİBƏT

"Bu yaxınlarda Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünün nəticələri barədə danışan "Rusiya XİN başçısı Sergey Lavrov bildirdi ki, Azərbaycan və Ermənistan tərəfi Qarabağ münaqişəsinin həllindən uzaqdırlar. Münaqişənin yaranmasının və bu günə qədər dondurulmuş vəziyyətdə saxlanmasının səbəbkarı olan Rusiya tərəfinin bu sayaq bəyanat verməsi cığallıq edən uşağın davranışına bənzəyir". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Lavrovun bu mövqeyi "Qarabağ Azərbaycanın daxili işi deyil" bəyanatının davamıdır: "Bununla Rusiya tərəfi münaqişəni sonsuza qədər dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Rusiya və Ermənistanın da istədikləri budur. Azərbaycan tərəfi reallığı başa düşərək torpaqlarımızın işğal altında saxlanmasına dözməyəcəyini son bir ildə əməli hərkətlərlə sübuta yetirdi. Təbii ki, bizim fəallığımız Rusiya və Ermənistanı ciddi narahat etməkdədir. Ona görə də Rusiya Ermənistana tam texniki və iqtisadi yardım etmək üçün quru yolu ilə Gürcüstan üzərindən koridor açılmasını həyata keçirməyə çalışır. Gürcüstan hakimiyyəti Rusiyadan Ermənistana dəhliz açılmasına tam razılıq verməyib. Amma bunun perspektivdə mümkünlüyünü istisna etmirəm".

Bu səbəbdən Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcütanda qaçqın və immiqrantlar üçün düşərgələr və filtirasiya zonası yaradılması təklifi ilə çıxış edib. Proses Avropa Birliyi ölkələrinin bölgəyə diqqətinin daha da artmasına gətirib çıxaracaq. Bu isə Rusiya və Ermənistanın ümumi maraqlarına ziyan verəcək bir addımdır. Bu yaxınlarda Ceyms Uorlikin Cənubi Qafqazda sülhün yaradılmasının vacibliyini və işğal altında olan torpaqların azad olunmasının vacibliyindən danışması bölgəmizin diqqət mərkəzində olmasından xəbər verir. Rusiya ilə danışıqları başa vuran və təhlükəsizlik qarantı alan Serj Sarkisyan Avropada mövqelərini möhkəmləndirmək barədə düşünməkdədir. Sarkisyanın Avropanın ən aparıcı dövlətlər sırasına daxil olan Fransaya səfəri də Avropaya inteqrasiyanın konturlarını müəyyən etməyə hesablanıb. Bundan sonra Sarkisyan hakimiyyəti Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq proqramlarında iştirak etməyə çalışacaq. Ermənistanın Avropada Şərq Tərəfdaşlığı layihəsinə qoşularaq, bu təşkilatın hüquqi üzvü olmaq haqqında qərar verəcəyini də istisna etmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə