Azərbaycan- İran-Türkiyə yaxınlaşması MÜNASİBƏT

Azərbaycan- İran-Türkiyə yaxınlaşması MÜNASİBƏT

"Həm Azərbaycan Prezidentinin səfəri, həm də bundan öncə Bakıda baş tutan Azərbaycan İran, Rusiya üçtərəfli görüşü Azərbaycan-İran münasibətlərində böyük əhəmiyyətə malik oldu. İran və Rusiya güclü qonşu dövlətlərdir. Bu iki dövlətin arasında Azərbaycanın sayılıb-seçilməsi, onlarla eyni bloka cəlb edilməsi, qoşulması ölkəmizin diplomatiyasının və dövlət başçısının xarici siyasətinin uğurlarıdır". Bunu SİA-ya açıqlamasında deputat Çingiz Qənizadə deyib.

Azərbaycan prezidentinin İrana son səfəri zamanı bir sıra sənədlərin imzalandığını xatırladan millət vəkili bunun ölkələr arasında münasibətlərin inkişafı kimi qiymətləndirib.

Çingiz Qənizadənin sözlərinə görə, Azərbaycan Prezidentinin İrana səfəri eyni zamanda İran-Türkiyə münasibətlərinin yaxşılaşdırılması baxımında da mühüm əhəmiyyətə malikdir: "Azərbaycan artıq bir neçə dəfə özünün dövlətlərarası barışıq, və sülh missiyasını uğurla həyata keçirib. Vaxtilə Rusiya-Türkiyə münasibətləri bizi incidirdi. Çünki hər iki ölkə qonşu olmaqla yanaşı, yaxın tərəfdaşdırlar. Lakin Azərbaycan bu münasibətlərin yaxşılaşdırılması istiqamətində aparılan işlər, ortaya qoyulan səylər xalqdan bir növ kənarda aparılırdı. Başda Azərbaycan prezidenti olmaqla Qazaxıstanın dövlət rəhbəri bu dövlətlərin barışması üçün çox böyük əziyyət çəkərək buna nail oldular. Bu da bizim üçün qürurlu idi. Ümumiyyətlə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev Türkiyəni narahat edən bütün məsələlərdə öz dəstəyini göstərir. Ümid edirəm ki, İran-Türkiyə münasibətlərinin tənzimlənməsində də heç şübhəsiz Azərbaycan prezidentinin rolu və yeri olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə