Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 15-də saat 10:00-da Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edəcək. Qurumdan SİA-ya bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların martın 13-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB