"Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət çox mürəkkəbdir. Hətta deyərdim ki, böyük müharibənin qoxusu gəlir". SİA-nın məlumatına görə, bunu politoloq Arzu Nağıyev deyib. O bildirib ki, ermənilərin işğal edilmiş Azərbaycan ərazilərindəki separatçı qurumda keçirdikləri "referendumdan" sonra təmas xəttində eskalasiya baş verdi: "Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bir neçə gün əvvəl İrəvana səfər etməsi göstərdi ki, vəziyyət olduqca gərgindir". 
Ekspert bildirib ki, Ermənistan getdikcə öz suverenliyini tamamilə itirir: "Belarus və digər ölkələr öz ərazilərində hərbi bazalardan imtina edir, Ermənistan isə əksinə, hər şeyə razılaşır". Politoloqa görə, regionun əsas aktorları böyük müharibəyə imkan verməyəcəklər. "Cənub Qaz Dəhlizi", digər beynəlxalq əhəmiyyətli enerji layihələri nəzərə alınsa, müharibə Avropanın marağında deyil. Lakin gərginlik davam edir, hər iki tərəfdən ölənlər var".
A.Nağıyev hesab edir ki, Azərbaycanın əsas taktikası tədricən antiterror əməliyyatları apararaq öz ərazilərini azad etmək və erməni mövqelərini məhv etmək olmalıdır. Politoloq düşünür ki, münaqişə zonasında gərgin vəziyyət aprelin ortalarına kimi, yəni Ermənistanda parlament seçkiləri bitdikdən, hansı qüvvənin qalib gəlməsi bəlli olduqdan sonraya kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB