“Qarabağ münaqişəsi Moskva tərəfindən İrəvana təzyiq vasitəsi olacaq”

“Qarabağ münaqişəsi Moskva tərəfindən İrəvana təzyiq vasitəsi olacaq”

"Dağlıq Qarabağ faktiki olaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir". SİA-nın məlumatına görə, bunu rusiyalı politoloq Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr edilmiş dəyirmi masada deyib. O, Qarabağdakı separatçı rejimdə keçirilmiş "referendumu" xatırladıb və qeyd edib ki, həmin "referendum" heç bir ölkə tərəfindən tanınmadı. Politoloq "referendum" ərəfəsində və ondan sonra cəbhədə vəziyyətin gərginləşməsinə diqqət çəkib.

Onun sözlərinə görə, ermənilərin bu cür təxribatları münaqişənin sülh yolu ilə nizamlanmasına maneə yaradır. O. Kuznetsov münaqişə zonasında hazırda vəziyyətin mürəkkəb olduğunu vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi əvvəl Moskva tərəfindən Bakıya təzyiq vasitəsi idi, indi isə İrəvana təzyiq vasitəsi olacaq. Ekspert qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən Serj Sarkisyan hərbi canidir, lakin o, prezident olduğu üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilə bilməz. Sarkisyanın prezident toxunulmazlığı ləğv edildiyi halda, bu məsələ də gündəmə gətirilə bilər".

Politoloq Tofiq Abbasov isə münaqişə zonasında vəziyyətin mürəkkəb olduğunu deyib: "Hər gün atəşkəs pozulur, hər iki tərəfdən insan itkisi baş verir: "Qarabağ klanı münaqişənin nizamlanmasını istəmir və vəziyyətin durğunluğunda maraqlıdırlar. Regiondakı dövlətlər müharibə istəmir, ancaq bunun baş verəcəyi halda Türkiyə, İran və Pakistan Azərbaycanı dəsəktləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə