YAP Səbaildə İdarə Heyətinin iclası keçirilib

YAP Səbaildə İdarə Heyətinin iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında İdarə Heyətinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə gündəlikdə duran 3 əsas məsələyə baxılıb.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev vurğulayıb ki, gündəlikdə dayanan birinci məsələ "31 mart – azərbaycanlıların soyqırımı günü"nə həsr olunmuş tədbirlərin keçirilməsi haqqındadır.

Digər məsələlər isə ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının gedişatı və cari məsələlərlə bağlıdır.

Sonda iclasın gündəliyi səsə qoyularaq, təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə