Los Ancelesdə poçt markası buraxılıb

Los Ancelesdə poçt markası buraxılıb

Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə, ABŞ-ın Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb. SİA-nın verdiyi məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, "Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017" sözləri qeyd olunub.

Markanın buraxılması Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.

Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə