ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.
Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB