Qazaxıstan prezidenti Nursultan Nazarbayevin aprel ayında Azərbaycana səfəri gözlənilir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı deyib.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin səviyyəsi barədə sualı cavablandıran nazir bildirib: "Biz gələn ay prezident Nazarbayevin Bakıya səfərini gözləyirik. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Energetika sahəsinə ölkələrimiz arasında bir sıra sazişlər mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB