Mehriban Əliyeva Milli Məclisin iclasında iştirak edir

Mehriban Əliyeva Milli Məclisin iclasında iştirak edir

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva iştirak edir. Milli Məclisin spikeri Oqtay Əsədov Mehriban xanım Əliyevanı I vitse-prezident təyin edilməsi münasibətilə təbrik edib.

Spiker bildirib ki, Azərbaycanın birinci xanımı Milli Məclisdəki fəaliyyəti müddətində bir sıra qanunvericilik faktlarının təşəbbüskarı olmaqla yanaşı, 4 amnistiya aktının müəllifidir: "Bu aktlar 100 min insana şamil olunub. Mehriban xanım Əliyeva Milli Məclisdə fəaliyyəti zamanı bir sıra ölkələrin dostluq qruplarının üzvü olub, beynəlxalq əlaqələrin möhkəmlənməsində. eləcə də ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görüb".

I Vitse-prezidentin xeyirxah əməlləri haqqında söz açan spiker söyləyib ki, I vitse-prezident insanlara kömək etməklə həqiqətən də millətin vəkili olduğunu sübut edib: "Əminik ki, Mehriban xanım yeni vəzifəsində də hər zaman olduğu kimi xalqına qulluq edəcək. Ona bu şərəfli işində uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə