Ekspert: “Bizim də səbrimizin bir sonu var” AÇIQLAMA

Ekspert: “Bizim də səbrimizin bir sonu var” AÇIQLAMA

"Son günlər cəbhə xəttində baş verənlər bizi əsla aldatmamalıdır. Mən düşmənin aktiv hərəkətlərinin bir qədər səngiməsini nəzərdə tuturam. Prinsip etibarı ilə Ermənistan öz çirkin məqsədinə qismən nail oldu. Mən onların qan axıtmasını nəzərdə tuturam. Dərhal da ATƏT-in Minsk qrupunun səsi çıxdı. Bildiyim qədər onlar bu gün Bakıya gəlirlər. Necə deyərlər, hə nə olsun? Biz bu biveclərin o qədər belə mənasız, yorucu səfərlərinin, bezdirici, heç bir konkretikaya hesablanmayan bəyanat və söz yığnağını çox eşitmişik. Bu də olacaq növbəti bir hiyləgər addım. Guya bunlar iş görürlər". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, əslində beynəlxalq qurumlar çıxıb Azərbaycan xalqından üzr istəməlidirlər ki, onlar 20 ildən artıq bir balaca Ermənistanı özünü necə aparmağa məcbur edə, onu beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağa vadar etməyi bacarmadılar: "Elə bu prosesin ən böyük tormozlayıcı qüvvəsi kimi də mən şəxsən bizim şimal qonşumuzu hesab edirəm. Məhz onların himayadarlığı və məsələyə çox səthi yanaşmasının nəticəsidir ki, Ermənistan kimi bir iqtisadi imkanları günü-gündən zəifləyən bir formal dövlət hələ də torpaqlarımızı işğalda saxlayır. Bu da çox çəkməyəcək. Artıq Azərbaycan tədricən sərt mövqe tutmağa başlayıb. Bizim də səbrimizin bir sonu var. Hesab edirəm ki, bundan sonra biz daha da diplomatik və hərbi təzyiqi artırmalıyıq ki, bəlkə bu bədnam qonşularımız bir az ağıllandılar".

Bütün xəbərlər Facebook səhifəmizdə