Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə, YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsi 71 ünvanlı (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) ərazi ilk partiya təşkilatında hesabat – seçki yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Daha sonra ərazi ilk partiya təşkilatının sədri Fatma Sofiyeva hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyətindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər. Ərazi ilk partiya təşkilatının sədri çıxışının sonunda institutun hər bir uğurunu, nailiyyətini YAP-ın uğuru, nailiyyəti kimi qiymətləndirib.
Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanıb. Yığıncaqda çıxış edən partiya üzvlərindən Güldanə Mehdiyeva qeyd edib ki, hər bir xalqın tarixində həmin xalqın, həmin ölkənin taleyində dönüş nöqtəsinə çevrilən anlar olur. YAP-ın yaranması günü müasir, müstəqil Azərbaycanın tarixindəki belə anlardan biridir. YAP iqtidara gəldiyi gündən təkcə iqtisadi cəhətdən deyil, həm də humanitar sahələrdə də bir çox uğurlar qazanıb.Sonda hesabat məruzəsinin qənaətbəxş olduğunu bildirib.
İclasda gündəliyə çıxarılan digər məsələlər ətrafında geniş müzakirələr başlanıb.İclasın qərarına əsasən, Fatma Sofiyeva yenidən ərazi ilk partiya təşkilatının sədri, Güldanə Mehdiyeva sədr müavini seçilib. Vəfa Yaqublu və Fatma Sofiyeva isə rayon təşkilatının IX konfransına nümayəndə seçilib.
Yekun nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda mövcud olan ən böyük siyasi partiyadır. Partiyanın Proqram və Nizamnaməsinin xalqın istək və tələblərini əks etdirməsi və gündən-günə partiya sıralarına qoşulanların sayının artması bunun əyani sübutlarından biridir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafında, dünya ölkələri arasında tutduğu nüfuzlu mövqeyində əvəzedilməz rolu vardır.
Rayon təşkilat sədri daha sonra qeyd edib ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun kifayət qədər nüfuza malik təhsil müəssisələrindən biridir və bu müəssisənin qazandığı uğurlar Azərbaycan Respublikasının rifahında, elmində, daha da inkişaf etməsində böyük rolu oynayır.
Sonda R.Göyüşov ərazi ilk partiya təşkilatının yeni seçilmiş idarə heyətini, sədr və müavini təbrik edərək, işlərində uğurlar arzuladı.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB