"İran və Azərbaycan bir sıra məsələlərdə, o cümlədən iqtisadi əməkdaşlıqda müsbət nəticələr əldə edib. Bundan sonra da tərəflər bu istiqamətdə davam etmək əzmindədirlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, İran və Azərbaycan bir-birinin daxili işlərinə qarışmır və əməkdaşlıq ortaq maraqların tapılması üzərində qurulub.
Millət vəkili əlavə edib ki, İranın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi müsbət haldır: "Ancaq bununla belə İranın Ermənistanla dostluq etməsi, işğalçı tərəflə əməkdaşlığı iki Şərq dövlətinin münasibətlərində arzuolumaz haldır. Çox istərdik ki, İran da Türkiyə kimi Ermənistana qarşı münasibətdə həmin prinsipləri əsas götürsün".
A. Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin İrana səfəri qonşu ölkə ilə qarşılıqlı dostluq münasibətlərindən başqa alternativin olmadığını göstərdi: "Biz bir-birimizin inkişafında, ağrılı problemlərin həllində, iqtisadi əməkdaşlığın, layihələrin çoxalmasında və dərinləşməsində maraqlıyıq. Ümid edirəm ki, bu səfər ilk növbədə bu kimi məsələlərin həllinə gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB