Şimali Koreya qitələrarası raket buraxdı

Cənubda müharibə həyəcanı
Şimali Koreya qitələrarası raket buraxdı

Cənubi Koreyanın hərbi dairələri rəsmi Tokionun Şimali Koreya tərəfindən dörd ballistik raketin buraxılmasını və onlardan üçünün Yapon dənizinin iqtisadi zonasına düşdüyünü təsdiq edib. SİA-nın məlumatına görə, bu barədə "Renxap" agentliyinin xəbər bülletenində qeyd olunub.

Seulda yerləşən qərargah rəislərinin birləşmiş qərargahından isə bəyan edilib ki, Şimali Koreyanın buraxdığı raketlər min kilometrə yaxın məsafə qət edib.Onlar bu silahların kontinentlərarası olduğunu da istisna etmirlər. Lakin bir sıra ekspertlər bu iddiaya şübhə ilə yanaşırlar. Onlara görə, Şimali Koreya yaxın ya da orta mənzilli raket buraxıb. Dəqiq məlumatlar isə peyklərdən əldə edilən siqnallardan sonra bəlli olacaq.

Artıq Cənubi Koreya bəyan edib ki, ölkənin silahlı qüvvələri Şimali Koreyanın təxribatlarının qarşısı almaqdan ötrü bir nömrəli hazırlıq vəziyyətinə gətirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə