Lüksemburq Azərbaycanla diplomatik münasibətlərini pozmayıb. SİA "lessentiel.lu"ya istinadən xəbər verir ki, bu barədə Lüksemburq XİN Avropa Parlamentinin bu ölkədən olan deputatı Frank Engelin Dağlıq Qarabağda keçirilən "referendumu" müşahidə etməsinə münasibət bildirərkən bəyan edib. Açıqlamada deyilir ki, XİN F.Engelin fikir və şərhlərini bölüşmür: "Lüksemburq heç vaxt heç bir tərəflə münasibətlərini pozmayıb və indi də bunda maraqlı deyil. Münaqişələri diplomatik yolla həll etmək lazımdır".
İki ölkə arasında O da qeyd edilib ki, Lüksemburqla Azərbaycan arasında münasibətlər çox da fəal deyil və bu ölkənin Bakıda səfirliyi fəaliyyət göstərmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB