ABŞ Ukraynanı darda qoydu HƏRBİ XƏRCLƏR AZALDI

ABŞ Ukraynanı darda qoydu HƏRBİ XƏRCLƏR AZALDI

ABŞ Konqresinin aşağı palata komitəsi 2017-ci ildə Ukraynaya hərbi yardım çərçivəsində 150 milyon dollar verilməsi təklifi ilə çıxış edib. SİA xəbər verir ki, bu barədə komitənin rəsmi saytında yazılıb. Belə ki, bu rəqəm ötən ilin dekabrında qəbul edilmiş büdcə layihəsində 350 milyon dolları təşkil edirdi. Layihə çərçivəsində ödəniləcək məbləğ özəlliklə Ukrayna hərbçilərinin təhsilinə, kəşfiyyata, logistikaya, eləcə də uçan aparatlara xərclənməliydi.

Lakin bununla yanaşı Kiyev ayrılmış məbləğ vasitəsilə daşınan zenit raket komplekslərini ala bilmək hüququna malik deyil.

Qeyd edək ki, qanun layihəsi qüvvəyə minənədək, onu Konqresin yuxarı palatası və sonda prezident təsdiq etməlidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə