Elmar Məmmədyarovun Rusiyaya səfərinin tarixi açıqlanıb

Elmar Məmmədyarovun Rusiyaya səfərinin tarixi açıqlanıb

Xarici işlər naziri Elmar Məmmədyarov martın 6-da Rusiyaya rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O bildirib ki, həmin gün Rusiyanın XİN rəhbəri Sergey Lavrovla E.Məmmədyarov arasında danışıqlar aparılacaq. Nazirlər əməkddaşlıq məsələlərini müzakirə edəcəklər. Qeyd edək ki, daha əvvəl E.Məmmədyarov rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini bildirib. Həmçinin, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə bir sıra digər təbirlər də nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə