Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT) regionundakı münaqişələr narahatlıq yaradır. SİA Pakistanın "DHA" agentliyinə istinadən xəbər verir ki, bu barədə İƏT-in İslamabad şəhərində keçirilən sammitinin yekun bəyanatında deyilir.
Qeyd edilib ki, bu münaqişələr regionun tam iqtisadi potensialının reallaşdırılmasına, əməkdaşlığın geniş şəkildə inkişafına mane olur. Bəyanatda vurğulanıb ki, münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri ilə həll edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB