Pensiya yaşının artırılması ilə bağlı layihə müzakirəyə çıxarılacaq

Pensiya yaşının artırılması ilə bağlı layihə müzakirəyə çıxarılacaq

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. SİA-nın xəbərinə görə, "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir. İclasda Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə