Sarqis Atspanyan: “Karen Karapetyan ünvanı çaşıb"

"Yaxşı olardı ki, öz o çağırışını Ermənistan xalqını məhv edən oliqarxlara etsin”
Sarqis Atspanyan: “Karen Karapetyan ünvanı çaşıb"

Erməni yazıçı-publisisti Sarqis Atspanyan Ermənistanın baş naziri Karen Karapetyanın xaricdə yaşayan erməni diasporasına etdiyi çağırışını ironiya ilə qarşılayıb. SİA-nın məlumatına görə, 1.in.am saytına açıqlama verən erməni publisistin sözlərinə görə, Karapetyan deyib ki, diaspora nümayəndələri Ermənistanın inkişafı üçün istər maliyyə, istər mədəniyyət və intellektualıq baxımından öz töhfələrini verməlidir: "Ötən 25 ildə bizdə mövcud məsələ ətrafında bu kimi çağırışlar kifayət qədər olub. Belə bir gözəl misal var: "bilmirsən, ağlayasan, yoxsa güləsən?" Mən baş nazirin sözügedən çağırışını oxuyarkən, dərhal bu misal haqqında fikirləşdim".

"Bu çağırış gözlərdən yaş gələnə qədər gülüncdür...bunu necə yazmaq olar, axı bu fikirlər ələ salınmaq üçün əla obyektə çevrilə bilər"-deyə qeyd edən Sarqis Atspanyan vurğulayıb ki, şəxsən onun özü hakimiyyətin səmimiliyinə qətiyyən inanmır: "Nəyə görə 25 illik müstəqil dövlət hələ də "yetkinlik yaşına çatmayıb" mən bunu anlamıram".

O, əlavə edib ki, Karapetyanın fikirlərini diasporada nə anlayacaqlar, nə də qəbul edəcəklər: "Deyəcəklər – yaxşı olardı ki, baş nazir öz çağırışını Ermənistan xalqını məhv edən oliqarxlara etsin".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə