Ermənistan və Qarabağdakı erməni ictimai rəyində müharibə vahiməsi yaşanır. Belə ki, erməni KİV-ləri son günlər məhz bu məsələ ətrafında çoxsaylı yazılar dərc edir, açıqlamalara və rəylərə əsas səhifələr ayırırlar.
"Karnegi fondunun baş eksperti, eləcə də Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vall hesab edir ki, yaz aylarında Qarabağ münaqişə zomasında növbəti genişmasştablı hərbi əməliyyatlar baş verə bilər". SİA xəbər verir ki, bu barədə Ermənistanda dərc edilən "Jamanak" qəzeti yazır. Erməni nəşrinin yazdığına görə, Tomas de Vall qəzet müxbirinin ona ünvanladığı suala cavab verərkən deyib ki, bu, cəbhə bölgəsində gərginliyə səbəb olacaq.
Tomas de Vall bu məsələdə Rusiyanın əsas oyunçu olacağını da deyərək bildirib ki, hazırda BMT və ATƏT-də növbəti münaqişə təhlükəsi ətrafında kulisarxası fikirlər yürüdülür.
"Bundan əlavə, əgər tərəflər, yaxud da tərəflərdən biri müharibə istəyərsə, bu zaman onun qarşısını almaq qeyri-mümkün olacaq"-deyə Karnegi fondunun baş eksperti erməni nəşrinə deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB