Suriyanın hökumət qüvvələri və onlara dəstək göstərən Livanın "Hizbullah" qruplaşması Homs vilayətinin qədim Palmira şəhəri ətrafında İŞİD terrorçularına qarşı döyüşlərini davam etdirirlər. SİA-nın məlumatına görə, bu barədə "İnterfax.ru" saytı "The Associated Press" agentliyinə istinadən xəbər verir.
Agentliyin yazdığına görə, hökumət qüvvələri şəhərin məşhur Roma xarabalıqlarının olduğu Qərb darvazalarına yaxınlaşıblar. Ötən gün isə terrorçulara qarşı bir neçə aviazərbələr vurulub. Lakin aviazərbələrin hansı ölkənin bombardmançıları tərəfindən reallaşdırılması bildirilməyib.
Xatırladaq ki, 2016-cı ilin mayında Suriya ordusu Rusiyanın hərbi aviasiyasının dəstəyi ilə Palmiranı terrorçulardan azad etməyə müvəffəq olmuşdu. Lakin suriyalı hərbçilər Palmiranı lazımi qaydada qoruya bilməyərək, həmin ilin dekabrında yenidən oradan çıxmağa məcbur olmuşdular. Bundan sonra şəhərə daxil olan "İslam Dövləti" terrorçuları orada yerləşən tarixi əhəmiyyətli abidələri məhv ediblər.
Bu arada Rusiya Federasiyasının müdafiə nazirliyi qədim Palmirada "İslam Dövləti" terror təşkilatının tarixi-arxitektura abidələrini məhv edən videoçəkilişlərini ictimailəşdirib. Videoçəkilişlər pilotsuz təyyarə vasitəsilə qeydə alınıb.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz:
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB