Politoloq: “Ordumuz qarşı tərəfə layiqli cavabını verdi” AÇIQLAMA

Politoloq: “Ordumuz qarşı tərəfə layiqli cavabını verdi” AÇIQLAMA

"Fevral ayının 20 –də işğal olunmuş ərazilərdə saxta referendum keçirən düşmən qüvvələr bu aktı unutdurmaq və separatçı əməllərinə haqq qazandırmaq məqsədini güdərək, Azərbaycan mövqelərinə qarşı hərbi əməliyyatlar keçirməyə cəhd etdilər. Düşmən qüvvələrinin həmlələrini dəf edən ordumuz qarşı tərəfə layiqli cavabını verdi. Hərbi əməliyyatların intensivləşməsinə baxmayaraq BMT, ABŞ və Avropa Birliyi ölkələri bir qədər gözləmə mövqeyi tutdular. Daha öncəki toqquşmalardan fərqli olaraq, bu dəfə Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham etmədilər. BMT və qərbin Azərbaycanı öz torpaqlarında hərbi əməliyyatlar apardığına görə öncələrdə olduğu kimi, ittiham etməməsi bizə olan münasibətdə dəyişikliyin yaranması ümidlərini yaradır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu əməliyyatlar aparılan zaman Bakıda Rusiyanın böyük nümayəndə heyəti ilə görüşlər keçirilirdi: "ATƏT-in Minsk qrupunun üzvü və münaqişənin nizamlanmasında məsul tərəf olan Rusiya yalnız müşahidəçi mövqeyində çıxış etdi və Ermənistan silahlı qüvvələrinin xain hücumunu pisləmədi.

Rusiya XİN başçısı Sergey Lavrovun "Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil" bəyanatından sonra ruhlanan separatçılar cəbhədə gərginlik yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini bu bölgəyə yönəltməyə çalışırlar. Onlar bu gərginliyi bəhanə gətirərək, danışıqlar prosesini pozmağa və status kvonun daha bir neçə il saxlanmasına nail olmaq istəyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə