Fransada Xocalı soyqırımının tanınması üçün petisiya yaradılıb. SİA-nın məlumatına görə, petisiya fransalı vəkil Odiver Perdo tərəfindən təqdim edilib. Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırım zamanı 613 nəfərin öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü vurğulanıb.
"Bəzi fransalıların Xocalı faciəsi barədə məlumatı var, lakin Fransa hakimiyyəti bu hadisədən xəbəri olsa da, günahkarların məsuliyyətə cəlb olunması zərurətindən yayınmaq üçün susmağa üstünlük verir", deyilən petisiyada Fransa hakimiyyəti bu faciəyə laqeyd qalmamağa çağrılıb.
Petisiyanı buradan imzalamaq olar -https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=686290955&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB