Aya iki turist uçur GƏLƏN İL

İki kosmos turisti 2018-ci ildə Ay ətrafında uçuş etmək üçün böyük depozit yatırıblar. SİA-nın məlumatına görə, bu barədə SpaceХ Amerika şirkətinin baş direktoru İlon Mask rəsmi səhifələrində qeyd edib.

"Gələn il kosmik stansiyaya və onun hüdudlarından kənara insanların göndərilməsi üçün çox əhəmiyyətli il olacaq"-deyə qeyd edən Mask bildirib ki, artıq iki kosmos turisti buna görə böyük məbləğdə depozit yatırımı edib.

"Biz şadıq ki, SpaceХ şirkətinə bununla bağlı iki sadə vətəndaş müraciət erdib. Artıq biz onların sağlamlıq dərəcələrini yoxlamaq və müayinə etmək, həmçinin uçuşa hazırlaşdırmaq üçün işə başlamaq üzrəyik"-deyə şirkətin saytında yerləşdirilmiş press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, Aya uçmaq istəyənlərin müraciətlərinin sayı artmaq üzrədir.

SpaceХ bunun üçün Florida ştatının Kanaveral start meydançasını istifadə edəcək. Belə ki, bu meydançada 1961-ci ildən başlayaan və 1975-ci ildə başa çatan Aya eniş "Appolon" proqramının missiyası həyata keçirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə