Alman ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarını anıb

Alman ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarını anıb

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin təskilatciligi ilə Xocali faciəsinin 25-ci ildönümünə həsr olunmus tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Almaz Məmmadov, Səfirliyin 1-ci katibi Rüfət Həmidov, Xristian Demokrat Partiyasının Maqdeburq üzrə rəhbəri Hubert Salzborn, Xocalı soyqırımı haqqında kitabın müəllifi Rolf Kunş, Əcnəbilər İttifaqının prezidenti Kristof Blau, şəhər bələdiyyəsinin nümayəndələri və müxtəlif icmaların rəhbərləri iştirak edib.

Alman-Azərbaycan Cəmiyyətinin rəhbəri Yaşar Niftəliyev qonaqları salamladıqdan sonra Rolf Kunsch və Almaz Məmmədov çıxış edərək Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. "Xocalı" kitabının müəllifi Rolf Kunş bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər, həmin gecə şəhərin dinc azərbaycanlı sakinlərinin vəhşiliklə kütləvi şəkildə qətlə yetirilməsi insanlığa qarşı cinayətdir və bu qətliamı törədənlər cəzasız qalmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə