Erməni analitik Sarkisyan rejimini və müxalifəti "topa" tutdu İTTİHAM
"Ermənistanda saxtakarlıq yalnız siyasi arenada deyil, özü-özülüyündə bu arenanın kriteriyalarında da mövcuddur". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın 1.in.am saytında analitik yazar Aram Amatuni yazdığı yazısında qeyd edib. O, bildirib ki, Ermənistanda hər şey süni və saxtadır. SİTAT: "Bu kriteriyalardan biri də budur ki, əgər kimsə hər hansı müxalif gücləri tənqid edirsə, o hakimiyyətin iradəsini həyata keçirən tərəfə çevrilir - hazırki məqamda isə Serj Sarkisyanın. Halbuki bu fikirləri elə müxalifətin özü istehsal edir".
"Həqiqətdə isə bu, Ermənistanda mövcud olan ən təhlükəli fikirlərdən biridir və səbəbi də ondadır ki, hazırkı zamanda hakimiyyəti tənqid etmək özəlliklə inersion xarakter mənasını daşıyır"-deyə yazan A.Amatuni bildirir ki, əslində hakimiyyət ən kəskin tənqidə layiqdir, Serj Sarkisyan bütünlüklə öz prezidentliyini itirib və o hazırda Ermənistanda mövcud olan, daxili və xarici çağırışlar baxımından ən kiçik problemi belə həll etmək iqtidarında deyil və o bütünlüklə manipulyator addımları ataraq öz statusunun, şəxsi hakimiyyətinin qorunmasını saxlamağa cəhd edir: "Bu, şübhəsizdir. Məhz bu baxımdan, Serj Sarkisyanı tənqid etmək bir tərəfdən tamamilə ədalətli qərardır və lazımlıdır, başqa tərəfdən – artıq Ermənistanın problemlərinin həll olunması üçün yetərli deyil. Çünki bundan sonra Serj Sarkisyandan bu planda hər hansı bir gözlənti yoxdur..."
Erməni analitik eyni zamanda yazır ki, Ermənistanda dəyişikliyin baş verməsi müxalifətin bundan sonra necə hərəkətə keçəcəyi ilə əsaslandırılır. O, bu arada müxalifəti də sərt şəkildə tənqid edib: "Bax, burada müxalifət tərəfinin digər yönü görünür. Məhz bu gün müxalifətin nə ilə məşğul olduğuna nəzər salsaq, yumşaq olaraq deyə bilərik ki, onlar da Ermənistanda sistemli dəyişikliyə yaxınlaşa bilmirlər. Necə ki, hakimiyyət öz işində fəaliyyətsizdir, eləcə də müxalifət eyni vəziyyətdədir. Bundan əlavə, müxalifət seqmentinin əsas tərəfi bu gün təhlükəli işlə məşğuldur – müxalifət sıralarına yazılaraq hakim sistemin nəhəng hissəsini legitimləşdirirlər. Və belə bir şəraitdə bu, sadəcə yolu azmaqdır, ya da özünü aldatmaq. Yaxud da müxalifəti tənqid yolu tutanları hakimiyyətə işləməkdə günahlandırıb bilərəkdən manipulyasiyaya yol açmaq. Ermənistan rəhbərliyinə bundan sonra da heç nə və heç kim kömək etməyəcək. Digər tərəfdən, müxalifəti ittiham və tənqid etmək lazımdır ki, onlar hakimiyyətə kömək edirlər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB