Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir. SİA-ya səfirlikdən verilən məlumata görə, Xocalı soyrıqımını anma mərasiminddə Misirin millət vəkilləri, Misir-Azərbaycan Dostluq qrupunun üzvləri, ölkənin tanınmış siyasi-ictimai xadimləri, burada yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı filminə baxıb, səfirlikdə təşkil olunan foto sərgi ilə tanış olublar. Səfir Tural Rzayev 25 il bundan əvvəl erməni separatistləri tərəfindən SSRİ silahlı qüvvələrinin 366 motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən ətraflı söhbət açaraq, bəzi dövlətlərin, xüsusilə də Minsk qrupu üzvü dövlətlərin və bu qrupun həmsədrlərinin kimin zalım, kimin məzlum, kimin işğalçı, kiminsə işğala məruz qalan olduğunu açıq şəkildə etiraf etmələrinin vaxtı çatdığını eyib. Diplomat BMT TŞ tərəfindən qəbul olunan qətnamələrin icra olunmasını qəti şəkildə tələb etmələrinin məsələnin həlli üçün yeganə yol olduğunu vurğulayıb. Tədbirdə Misir-Azərbaycan Dostluq cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd, Misirin Helvan universitetinin professoru Adel Dərviş, tanınmış politoloq Məhəmməd Səlamə, "Asiyaelyoum" Xəbərlər Agentliyinin Baş direktoru Əbubəkr Əbulməcd Xocalı hadisəsi haqqında danışaraq, Misirin Azərbaycan xalqının yanında olduğunu, dərdini paylaşdığını və hər bir zalıma və işğalçıya qarşı olduqlarını vurğulayıb.
Həmçinin, Qahirənin mərkəzi məscidlərində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anılaraq, onların ruhlarına dualar oxunub. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar məlumatlar, xəbərlər, analitik yazılar Misirin nüfuzlu mətbu orqanlarında dərc olunub, eyni zamanda Xocalıya həsr olunmuş video sujetlər və çıxışlar Misirin geniş auditoriyasına malik televiziya kanallırında ("Nil Əl-Əxbar" və "Əl-Masriyyə") yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB