ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya ilə əməkdaşlıq etməlidir. SİA TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkun beynəlxalq məsələlər üzrə Şurasının eksperti, daha əvvəl ABŞ-ın Avrasiyada münaqişələrin nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi, 1999-2001-ci illərdə ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri olmuş Keri Kavano deyib. O bildirib ki, prezident Donald Tramp Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu artıq bəyan edib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birgə fəaliyyət iki ölkənin digər sahələrdə də əməkdaşlığına təkan verə bilər. Bu, ABŞ-Rusiya əməkdaşlığı üçün münbit platformadır. Tərəflər ümumi məqsədlərə cavab verərək qarşıdurma ehtimalını azalda, münaqişənin sülh yolu ilə həllinə töhfə verə bilərlər".
K.Kavano deyib ki, Minsk prosesinin nəticə vermədiyini demək düzgün olmazdı: "Bölgədə genişmiqyaslı toqquşmaların olmaması bunun bir nümunəsidir".
Ekspert hesab edir ki, münaqişə zonasında ATƏT müşahidəçilərin sayının artırılması, təmas xəttində insidentlərin araşdırılması üçün müstəqil mexanizmin yaradılması zəruridir. Onun fikrincə, bu, atəşkəsin pozulması hallarının sayını azalda bilər: "Dağlıq Qarabağ münaqişəsinin həlli bütün tərəflərin maraqlarına uyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB