Milli Məclisin deputatları Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırımı abidəsinin ucaldılmasını təklif ediblər. SİA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Musa Qasımlı söyləyib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımılarını da özündə əks etdirməlidir.
O, çıxışı zamanı qeyd edib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri daha gücləndirilməlidir.
Daha sonra çıxış edən deputat Rafael Cəbrayılov Azərbaycan xalqının soyqırımına məruz qalan xalq olduğunu dilə gətirib.
"Təəssüf ki, ölkəmizdə soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur. Ölkəmizə gələn qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi müsbət haldır. Lakin Xocalı soyqırımı bir qədər arxa planda qalır. Bu baxımdan Şəhidlər Xiyabanında soyqırımını özündə əks etdirən memorial kompleksin salınmasını təklif edirəm. Bu, ölkəmizə gələn əcnəbilərin soyqırımı haqqında məlumatlanmasında böyük əhəmiyyəti ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB