"Cibuti 1993-cü ildə olduğu kimi, Azərbaycana dəstəyini davam etdirir". SİA-nın məlumatına görə, bunu Bakıda rəsmi səfərdə olan Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf deyib. O bildirib ki, Cibuti parlamenti bu yaxınlarda Xocalı soyqırımı ilə bağı qətnamə qəbul edib: "Bu il Azərbaycanda İslam Həmrəyliyi ilinin elan edilməsi islam ölkələrini birləşdirməyə yönələn çox mühüm bir addımdır. Cibuti parlamentinin sədri Azərbaycana dəvət alıb. Biz əməkdaşlığımızı genişləndiririk. Cibuti Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edəcək. Biz ikitərəfli yox, regional əməkdaşlıqda maraqlıyıq. Azərbaycan sülhməramlı dövlətdir və qarşılıqlı bölüşəcəyimiz təcrübələr var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB