Almaniya hökuməti Dağlıq Qarabağda keçirilən "referendum"u tanımır. SİA-nın məlumatına görə, bu barədə Almaniya XİN-in bəyanatında deyilir. Bəyanatda vurğulanıb ki, bu "referendum" hər hansı hüquqi qüvvəyə malik deyil. O da qeyd edilib ki, Almaniya Avropa İttifaqındakı tərəfdaşlarla birgə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətini dəstəkləyir: "Biz Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB