Sədr: "ATƏT Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir"

Sədr: "ATƏT Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirir"

"Avstriyanın ATƏT-dəki sədrliyi Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, regiondakı digər münaqişələrin həllində irəliləyiş əldə olunması üçün səy göstərir". SİA BMT-nin saytına istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.

O bildirib ki, hazırda ATƏT məkanındakı münaqişələr narahatlıq yaradır: "Ukraynanın şərqində vəziyyət ağır olaraq qalır. Son günlər isə burada gərginliyin daha da artması müşahidə olunur".

ATƏT sədri tərəfləri Minsk razılaşmasına əməl etməyə, atəşkəsə riayət olunmasına çağırıb. O, ATƏT-in Dnestryanı, Gürcüstan və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində səylərini davam etdirdiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə