Politoloq: “Sarkisyan koridor açılmasının sürətlənməsini istəyir” AÇIQLAMA
"Bu yaxınlarda Bakıda Amerika Birləşmiş ştatlarının və Rusiyanın baş Qərargah rəislərinin görüşü keçirildi. Görüşün nəticələri barədə ümumilikdə diplomatik qaydalara uyğun açıqlamalar verilsə də, əsas götürülən nəticələrdir. Görünən isə odur ki, bu görüşmələrdən sonra Türkiyə ordusu Suriya ərazisində genişmiqyaslı və uğurlu əməliyyatlar həyata keçirdi. ABŞ və Türkiyə prezidentlərinin İranla bağlı sərt açıqlamaları səsləndirildi". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Rusiyanın Orta Doğuda uzun müddətli hərbi əməliyyatlar keçirməyə davam gətirə bilməyəcəyini əvvələr də demişdim. Suriya ilə bağlı son durum dediklərimi təsdiq edir. Bu əməliyyatlar zamanı Rusiya yalnız havadan müəyyən hərbi əməliyyatlar keçirməyə çalışsa da, nəticədə quru əməliyyatları Türkiyə və NATO ittifaqı dövlətlərinin nəzarəti ilə keçirilir. Bu isə terrorçulardan və Əsəd rejimindən azad edilən ərazilərin gələcəkdə kimlərin nəzarətində olacağından xəbər verir.
İranla bağlı görüləcək tədbirlər isə birbaşa Rusiya və Ermənistanın maraqlarına ziddir. Donald Trampın İranı terrorçu ölkə adlandırmasının ardından Türkiyə prezidentinin indiyə qədər səsləndirmədiyi ittihamları gündəmə gətirməsi məsələnin ciddi olduğuna işarədir. Təbii ki, regionda İranın sıxışdırılması Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Ermənistanın indiyə qədər Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməsinin səbəblərindən biri də sözsüz ki, İranın hərbi, sənaye və enerji dəstəyidir. Rusiya ilə quru sərhəddi olmayan Ermənistan İranın ayaqda qalmasında ən çox maraqlı olan tərəfdir. Onu da qeyd edim ki. Ermənistan vəziyyətinin kritik olduğunu anlayaraq Rusiya ilə quru əlaqəsinin yaradılmasına xüsusi diqqət yetirir. Bu səbəbdən də Sarkisyanın Moskva səfəri zamanı Gürcüstan ərazisindən Erməistana koridor açılmasının sürətlənməsini istəyir. Təbii ki, torpaqlarının bir hissəsi Rusiya tərəfindən işğal olunan Gürcüstanla bu planı gerçəkləşdirmək heç də asan olmayacaq. Amma Sarkisyan bu məsələdə israrlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB