"Dağlıq Qarabağ münaqişəsinə dair Amerika Birləşmiş Ştatları Minsk qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir". SİA-nın məlumatına görə, bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasının "Avropada təhlükəsizlik" mövzusundakı sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırırıq. Diplomat ABŞ-ın Avropada təhlükəsizliyi qorumağa kömək edən təşkilatların tərəfdarı olduğunu vurğulayıb: "Biz tarixin ən güclü ittifaqı olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) göstərdiyimiz dəstəkdə qətiyyətsizlik nümayiş etmirik. NATO-nu daha da səmərəli etmək üçün çalışırıq – üzvlərin arasında əməkdaşlığı gücləndiririk və vəzifələrin ədalətli paylaşmasına nail olmaq məqsədilə, üzv olmaq üçün irəli sürülmüş tələblərə cavab verən yeni müttəfiqlərin üzünə qapıları açırıq. Bundan başqa, NATO Ukraynanın, Gürcüstanın və Moldovanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün kömək və təlim təqdim edir. ABŞ ATƏT-ə dəstək göstərir. Hazırda ATƏT şərqi Ukraynada vəziyyəti müşahidə və nəzarət etməkdə, digər uzunsürən münaqiləşələrə diqqət yetirməkdə ən həlledici rolu oynayır".
Səfir ABŞ-ın Avropa İttifaqı ilə də tərəfdaşlığının dərin və davamlı oluğunu əlavə edib: "ABŞ, həmçinin Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etməsini səbirsizliklə gözləyir. Bəzən, bir dost kimi Aİ-nın perspektivləri ilə razılaşmaya bilər, lakin onun vacib tərəfdaşı olmaqda davam edir. Nəticədə, heç kim qeyri-müntəzəm olan siyasi ixtilafları və müzakirələri bizim Avropadaki alyanslarımıza olan sədaqətimizin azalması kimi qəbul etməməlidir. Bu sədaqət güclüdür".
N.Haley ABŞ-ın Rusiya ilə daha yaxşı münasibətlərin mümkünlüyünə inanığını deyib: "Axı, biz bir çox ümumi təhlükələrə qarşı durmuşuq. Lakin Rusiya ilə daha sıx əməkdaşlıq bizim avropalı dostların və alyansların təhlükəsizliyi hesabına qurula bilməz. Bu səbəbdən ABŞ Rusiyanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə riayət etməyə çağırır. Biz Rusiyanı Minsk razılaşması üzrə öhdəliklərini tam yerinə yetirməklə və Krımın işğalına son qoymaqla sülhə sadiqliyini nümayiş etməyə dəvət edirik. Moldovaya gəldikdə, ABŞ Dnestryanı üçün xüsusi status təmin etməklə Moldovanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən Dnestryanı münaqişənin hərtərəfli həllini dəstəkləməyə davam edir. ABŞ Avropanın sülh və tərəqqi işində ən güclü tərəfdaşı olmağa davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB