Fəttah Heydərov: "Beynəlxalq aləm təvavüzkara sözünü deməlidir"

Fəttah Heydərov: "Beynəlxalq aləm təvavüzkara sözünü deməlidir"

"İşçi qrupu tərəfindən hələ ki, ilkin hesablamalara görə Azərbaycan işğaldan 800 min milyard dollar maddi zərər çəkib". SİA-nın məlumatına görə, bunu "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. O bildirib ki, bu insan əli ilə yaradılan mülklərin dağıdılması nəticəsində dəyən zərərdir: "Bununla yanaşı Azərbaycan xalqına çox böyük mənəvi zərər dəyib. Ürək ağrıları, onların Allah qarşısında nəyə görə sualı qarşısında bu rəqəmlər az rəqəmlərdir. Ulu öndər Heydər Əliyevin ölkəyə başçılıq edəndən sonra açdığı yol Ermənistanın bizə göstərdiyi pislik yolu ilə yox, münaqişənin sülh yolu ilə həll etmək niyyətində olduğunu göstərib. Heydər Əliyev öz mübarək ömrü boyu bu siyasəti davam etdirdi və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən də bu günə kimi davam edir. Biz istəyirik ki, fanışıqlar yolu ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu Azərbaycana qaytarılsın. Cocuq Mərcanlının bərpa olunması barədə Prezidentin sərəncam və göstərişləri, tutduğu yol ondan ibarətdir ki, baxın torplaqlarımız hansı hala salıblar və biz onu bərpa edəcəyik. İnsanlarımız ora qaytarılacaqlar. Eyni zamanda Azrbaycanın faktiki əhalisi olan o torpaqda yaşayan bütün millətlərin, xüsusilə erməni xalqının təhlükəsilziyi təmin olunacaq. bizim Prezidentin tutduğu yol budur. Dünyada indi ağır proseslər gedir. Hər tərəfdə iqtisadi və müharibələrlə müşaiyət olunan siyasi proseslər gedir. Don 300 ildə çox böyük müharibələr olub. Dünyadakı bir çox müharibələrdə erməni faktoru olub. Bu gün bəşəriyyət düşüməlidir ki, hər zaman böyük qırğınlara səbəb erməni faktoru olub. Bu faktorun qarşısı alınmalıdır. Onlar yenə müharibə əhval ruhiyyəsi yaratmaq fikrindədir. Beynəlxalq aləm səylərini birləşdirib bu təcavüzkaralara qarşı öz sözlərini deməlidir"

Bütün xəbərlər Facebook səhifəmizdə