Tədbirlər Planı təsdiqlənib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. SİA-nın xəbərinə görə, sərəncama əsasən Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə