Baş katib Qarabağ münaqişəsi üzrə səyləri aktivləşdirməyə çağırıb

Baş katib Qarabağ münaqişəsi üzrə səyləri aktivləşdirməyə çağırıb

BMT-nin baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri aktivləşdirməyə çağırıb. SİA-nın məlumatına görə, bu barədə Baş katib BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. O deyib ki, Avropada münaqişələrlə əlaqədar tez-tez istifadə olunan "dondurulmuş münaqişə" termini çaşqınlıq yaradır: "Sülh müqavilələri imzalanıb və həyata keçirilməyənə qədər zorakılığın bərpası riski qalır. Biz bunu ötən ilin aprelində Cənubi Qafqazda Dağlıq Qarabağda gördük".

A.Quterreş mövcud mürəkkəb münaqişələrin həlli üçün BMT-yə üzv dövlətləri, Təhlükəsizlik Şurasını və bütün digər regional oyunçuları səyləri artırmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə